benqal dili 2021

benqal dili
benqal
benqallar
OBASTAN VİKİ
Benqal dili
Benqal dili — Hindi dillərindən biridir. Banqladeş Xalq Respublikasının və Hindistanın Qərbi Benqaliya ştatının rəsmi dövlət dilidir. Bu dildə bütölükdə 175 milyon əhali danışır. İki əsas dialektə bölünür: qərb dialekti (Navadvip bölgəsinin əsas dialekti), şərq dialekti (Dəkkə bölgəsinin dialekti). Benqal dlinin özünün xüsusi yazısı vardır. Cins kateqoriyası yoxdur, bu dildə 4 hal vardır. Mübtəda ilə xəbərin uzlaşması (həm şəxsə, həm də nəzakət formasına görə) geniş yayılıb. Söz sırası: mübtəda, tamamlıq, xəbərdir (MTX).
Benqal (personaj)
Benqal (ing. Bengal) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış komiks personajı. == Nəşr olunma tarixi == Personaj Fabian Nikiyeza və Ron Lim tərəfindən yaradılmış və ilk dəfə "Daredevil" komiksinin 1988-ci ilin sentyabrından nəşr olunmuş 258-ci sayında peyda olmuşdur. == Bioqrafiya == Əsl adı Duk No Trandır. Vyetnam müharibəsi dövründə bir Vyetnam kəndində böyümüşdür. Müharibə zamanı Qırmızı qurd, Ulli Linkoln və Maykl Ceyns də daxil olmaqla kəndində qətliam törətmişdirlər. Duk amerikalıların vertolyotuna dırmaşmağa çalışmış, amma digər əsgərlərin etirazlarına baxmayaraq Ceyns tərəfindən təpiklə uzaqlaşdırılmışdır. İllər sonra böyüyən Duk Benqal adını alaraq ABŞ-yə gedir və kəndində qətliam törədmiş əsgərlərdən intiqam almaq istəyir. Ulli Linkoln Daredevilin qorumasına sığınır, Daredevil Benqalı məğlub edir. Benqal daha sonra ata Maykl Ceynsə hücum edir.
Benqal fişəngi
Benqal fişəngləri bizə qədim Benqaliyadan gəlmişdir. Qədimdə Benqaliya Hindistanın bir hissəsi olmuşdur ki, bu ərazi Benqal körfəzi sahilləri boyu uzanırdı. Əvvəllər uzun bambuq çubuqlarının bir ucuna yanacaq qatılmış qığılcım saçan məhlul sürtüb yandırardılar və hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq (siqnal vermək, siqnalizasiya) məqsədi ilə istifadə edilirdi. Beləliklə fişəng vasitəsilə hansısa bir hadisə barədə yaxın və uzaq ərazidəki əhaliyə xəbər çatdırar, siqnal verərdilər. azırkı müasir dövrümüzdə bu cür siqnalizasiya – xəbərdarlıq formalarından istifadə etməyə heç bir ehtiyac olmadığından, "benqal fişəngləri"ndən yalnız bir əyləncə kimi bayramlarda, ad günlərində, təntənəli tədbirlərdə daha çox istifadə olunur. Hazırda dünyanın bir çox ölkələrində müxtəlif ölçülərdə, müxtəlif cür "benqal fişəngləri" istehsal olunmaqdadır.
Benqal hili
Benqal körfəzi
Benqal körfəzi — Hind okeanının şimal-şərqində yerləşən körfəz. Sahillərində Hindistan, Banqladeş, Myanma və Şri-Lanka yerləşir. Qərbdən Hindustan yarımadasıyla, şərqdə Myanma sahilləri və Andaman və Nikobar adalarının ada qövsələri ilə məhdudlaşdırılıb. Körfəzin şimal qurtaracağında tarixi Benqaliya vilayəti yerləşir, elə körfəzin adı da bu vilayətə görə adlanıb. Dünyanın ən böyük körfəzidir. Benqal körfəzinə Krişna, Qodaveri, Qanq, Brahmaputra, Çauveri, Mahandi , İravadi və Menqxna çayları tökülür. Körfəzin şimal-şərqində isə "Cox's Bazar" adlı dünyanın ən uzun çimərliyi yerləşir (120 km), bu istirahət zonası eyni adlı şəhərdədir. Hidroloji, hidrokimyəvi və başqa parameterlərə görə Benqal körfəzi dənizlərə aid olunur == Etimologiyası == Qədim hind mətnlərinə əsasən, körfəz Mahodbahi adlanırdı. Antik xəritələrdə körfəz ya Sinus Qanqetikus yada Qanqetikus Sinus (tərcüməsi — Qanqın körfəzi) yazılırdı. Çola dövləti körfəz ətrafı əraziləri zəbt edəndə isə bura Çola gölü kimi tanınırdı.
Benqal pişiyi
Benqal pişiyi (lat. Prionailurus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. == Haqqında == Cənubi Afrika xallı pişikləri yarımcinsinin Rusiya faunasındakı yeganə nümayəndəsi. Ev pişiyindən iri (bədəninin uz. 90 sm-ədək; quyruğunun uz. 37 sm-ədək), rəngi kürəndir. Şərqi Asiyada, Rusiyada – ən çox Primorye və Xabarovsk diyarı və Amur vilayətinin cənub rayonlarında yayılmışdır. Alçaq dağların enliyarpaqlı (daha az iynəyarpaqlı-enliyarpaqlı) meşələrində yaşayır. Əsasən, kollu cəngəlliklərdə çox olur. Gecə həyatı keçirir, bəzən gündüz ova çıxır.
Benqal pələngi
Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. Bu pələngin sayı Hindistanda 1706, Banqladeşdə 200, Nepalda 155, Butanda isə 67-81 civarındadır. Benqal pələngi Banqladeşin milli heyvanı hesab edilir.
Benqal qarakərkəsi
Benqal sultanlığı
Benqal sultanlığı — 1337–1576-cı illər arasında Benqaliya hökm sürmüş imperiya. == Tarixi == Hindistanda Qanq və Brahmaputra çaylarının aşağı məcraları ilə ortaq deltalarını ihtiva ədən Benqal (Benqale) ormanlıq, bataqlıq və nüfusça çox saylı bir bölgə olub 650-ci ildən etibarən Pala və Səna xanədanları tərəfindən idarə edildi. Səna xanədanına mənsup olan Ballal Sən (Vallalə Səna 1108–1119), Qavr (Ləknəvti) şəhərini quraraq buranı bölgənin mərkəzi etdi. Benqal uzun zaman gənəlliklə Dehli sultanları tərəfindən göndərilən valilər və sultanlar tərəfindən idarə edildi. İlk Türk fəthlərindən Baburlu istilasına qədər bölgədə bir çox xanədan hökm sürdü. Benqal, Xələc komandanı Məhəmməd Bəxtiyar tərəfindən 1203–1204-cü illərda Türk hakimiyəti altına alındı və Dehli sultanlığına bağlandı. Muhamməd Bihar fəthindən sonra Dehli sultanı Qütbəddin Aybəgin izniylə Bəngala yürümüş, az bir qüvvəylə son Səna racəsi Lahmaniyəyi məğlbp etmişdi. Nuddəa və Ləknəvtiyi ələ keçirən Muhamməd daha sonra Tibet taraflarına səfər düzənləmişsə də gəri dönüşü sırasında Brahmaputra nəhrini gəçərkən büyük kayıplara uğramıştır. Ondan sonra İzzəddin Muhamməd, Alaəddin Ali b. Mərdan və Hüsaməddin İvaz gibi haləfləri müstakil olarak saltanat sürdülər.
Benqal təqvimi
Benqal təqvimi (benq. বঙ্গাব্দ) — Benqal və Banqladeş ərazilərində istifadə edilən bir günəş təqvimidir. Təqvim Assam, Benqal ərazisində istifadə edilir.
Benqal ədəbiyyatı
Benqal ədəbiyyatı - benqal dilində ədəbiyyat. Cənubi Asyia ədəbiyyatlarından biri. Benqal ədəbiyyatının ən qədim abidələrindən “Çaryagiti” (“Doğru yol nəğmələri”) buddist (tantrik) məzmunlu mənzum mətnlərdir (X–XII əsrlər). Müsəlman fəthindən (XIII–XIV əsrlər) sonrakı ilk dövrlərdə yazılı abidələr demək olar ki, saxlanılmamışdır. XV–XVIII əsrlərdə benqal dilində geniş ədəbiyyat yaranmışdır. Lakin bu ədəbiyyat sanskrit, ərəb və fars dillərində olan ədəbiyyatlarla müqayisədə hind mədəniyyətindən asılı idi. == Tarixi == XIX əsrə qədər benqal dilində nəsr olmamışdır. Poeziya ənənəvi estetik kanonlar çərçivəsində kifayət qədər məhdud mövzular və süjetlər ətrafında yaranmışdı. “Mahabharata”, “Ramayana”, Puranlar dəfələrlə benqal dilinə uyğunlaşdırılmışdır. “Ramayana”nın uyğunlaşdırılmış ən erkən və geniş yayılmış varinatını Krittibaş Ocha yaratmış (XV əsr), Mahabharatanın isə ən məşhur uyğunlaşdırılması Kaşi ram Daşa aid edilir (XVI əsr).
Benqal ənciri
Benqal ənciri (lat. Ficus benghalensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Benqal kərkəsi
Benqal kərkəsi (lat. Gyps bengalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Benqal kəkilli susüpürəni
Benqal kəkilli susüpürəni (lat. Thalasseus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin kəkilli susüpürən cinsinə aid heyvan növü.
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
İngilis-benqal müharibəsi (1756-1757)
İngilis-benqal müharibəsi (1756-1757) - Benqaliyanın məğlubiyyəti və qeyri-bərabərhüquqlu müqavilə imzalamağa məcbur olması ilə nəticələnən müharibə. == Müharibə ərəfəsində vəziyyət == XVIII əsrin 50-ci illərinin ortalarında Benqaliyada hakim sinif içərisində münaqişələr baş verirdi və bu səbəbdən sahibkarlar arasında mübarizə olduqca kəskinləşmişdi. Tərəflər arasında ingilis müstəmləkəçilərinə qarşı münasibət birinci dərəcəli məsələlərdən biri olmuşdu. Mübarizə gedişində Ost-Hind kompaniyası hakim sülalə daxilindəki mübarizədən istifadə edib, nəvab vəzifəsinə öz əlaltısını keçirməyə çalışırdı. Yəni, ingilislərin siyasi hakimiyyətə müdaxilə etməkdə maraqları vardı. İngiltərə Hindistanda öz maraqlarına ön plana keçirdiyində görə bütün variantlardan istifadə edirdi. Nəhayət, 1756-cı ilin aprelində Siracəddövlə taxta çıxdı. O, zadəganların ingilislərə zidd əhval-ruhiyyəli qruplarla həmfikir idi. Odur ki, gənc nəvab dərhal ingilis Ost-Hind kompaniyasının yardımına arxalanan feodal qrupunun silahlı müqavimətinə rast gəldi və bu hadisə müharibəyə səbəb oldu. == Müharibənin başlanması, gedişi və nəticəsi == Benqaliya qoşunları təcili surətdə ingilis müstəmləkəçilərinə qarşı çıxış etdi və 1756-cı il iyulun axırlarında ingilisləri Benqaliyadan tamamilə qovdular.
İngilis-benqal müharibəsi (1756–1757)

Abaza dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abazin dili

Abdal dili
Abdal dili — oyunçu peşəsi sahibləri arasında, bir-birini başa düşmək, söhbəti başqalarından gizli saxlamaq üçün işlədilən şərti söz və ifadələrə verilən ümumi ad, Avropada geniş istifadə olunan "Ezop dili" anlayışının Azərbaycan folklorundakı qarşılığı. Bu danışıq tərzində məcazi məna, sətiraltı yük, fikrin eyhamlarla, işarələrlə bildirilməsi üstünlük təşkil edir. Abdal dili xalq arasında öz hazırcavablığı, tizfəhmliyi ilə tanınan baməzə və müdrik adamların — abdalların adı ilə bağlıdır. Belə xalq gülüşü qəhrəmanlarından biri olan Abdal Qasım haqqında el arasında çoxlu lətifələr mövcuddur. Xalq abdal dilini "qayışdili", "oyunçu ağzı", "qurd dili" kimi anlayışlarla da ifadə etmişdir. Abdal dilinin əsas tələbi yuxarında qeyd olunduğu kimi, sətiraltı məna ilə pərdəli danışmağı bacarmaqdır ki, burada da xüsusi nitq məharəti və ustalığı zəruridir. Əsasən Orta Asiya xalq musiqi sənətindən gələn bu özünəməxsus dildən Qarabağ, Gəncə, Gədəbəy və Tovuz aşıqları bəzi fikirləri öz aralarında bölüşmək üçün istifadə ediblər. Azərbaycan xalq sənətinin bu qolu indiyə qədər lazımi şəkildə öyrənilməmişdir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Abuzeydabad dili
Abuzeydabad dili və ya Bizovoy dili——Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dildir ki İsfahan ostanında xüsusilə Abuzeydabadda danışılır.
Abxaz dili
Abxaz dili – abxazların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Abxaziya Muxtar Respublikasında (faktiki qondarma Abxaziya respublikası) geniş yayılmışdır. Təqribən 100 minə qədər adam bu dildə danışır. İki əsas dialektə bölünür: abjuy və bzıb. Hallanma yoxdur. Ədəbi dil kimi 1862-ci ildə rus qrafikası əsasında abxaz əlifbasının tərtibindən sonra başlamışdır. 1928-ci ildə latın qrafikasına, 1938-ci ildə gürcü qrafikasına, 1954-cü ildə isə rus qrafikasına keçmişdir.
Ada dili
Ada dili — proqramlaşdırma dili olub, 1979-1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. Nəticədə universal dil olan Ada dili meydana gəldi. == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. == Xarici keçidlər == Definition of "Computer Program" at dictionary.com Язык Ада — двадцать лет спустя Опыт использования языка Ада Адское программирование ТАНТК им.
Adıge dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıgey dili